Noyabrın 21-i, saat 15:00-da Kitabevim.az kitab marketində Gülnarə Sadiqin “Yuxuların günahı olmur” kitabının təqdimat mərasimi keçiriləcək. Kitabda müəllifin qələmə aldığı gənclik, vətənpərvərlik, sevgi-məhəbbət, anaya, torpağa, yurda sevgidən qaynaqlanan bədii nümunələri toplanıb. Gülnarə Sadiq, yalnız şeir yazmaqla kifayətlənmir, onun epik janrda da əsərləri də özünəmxsusluğu ilə seçilir. “Paralanmış ürək” adlı kitabında da onun iki povesti və bir neçə hekayəsi toplanıb ki, onların hər biri vətənpərvərlik və milli-mənəvi dəyərlər baxımından olduqca dəyərlidir. Bu, həm də o deməkdir ki, gənc olmasına baxmayaraq, mövzuya yanaşmasına görə püxtə qələm sahibidir. “Yuxuların günahı olmur” adlı şeirlər kitabında isə Gülnarə Sadiqin həm heca, həm də sərbəst vəzndə qələmə almış olduğu əsərlər yer tapmışdı. Oxucularla ilk dəfə iki kitabla görüşə gələn müəllifin yaradıcılıq nümunələri geniş auditoriyada seviləcək qədər dəyərlidir. 
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür