
Hər gecə uzanıb yatağıma mən,
Gözlərim qapanır, görürəm onu,
Xəyala dalıram yumub gözümü.
Allahım, yoxmu bu yuxunun sonu?
Uşaq tək sığınıb, yatır yanımda,
Qıvrılıb sinəmə, qoyur başını.
Heyrətlər içində seyr eləyirəm,
Yumulu gözünü,kaman qaşını.
Duyuram, üzümdə gəzir nəfəsi,
Ürəyim bu anda gəlir riqqətə.
Ruhum da, cismim də pərvazlanaraq,
Qovuşur əlçatmaz bir ülviyyətə.
Hərdən də inləyir narahat kimi,
Yorğanın altında qurcalanaraq.
Baxıram o məsum , gül çöhrəsinə,
Beynimdə fikirlər haçalanaraq.
Bilmirəm çəkilim, uzağa ondan,
Ya da ki, sıxılıb qalım yanında.
Xəfifcə çəkirəm sığal başına.
Arzular çin olur göz qabağında.
Amansız dəqiqələr vurur aramla,
Dövr edir,zamanla saata dönür.
Saatlar keçdikcə, səma ağarır,
Dan yeri sökülür, ulduzlar sönür.
Günəş də boylanır öz yatağından,
Qaranlıq yox olur, üfüqdə itir.
Xəyallar tükənir,gerçəklər qalır,
Gecənin nağılı, beləcə bitir.
Gerçəklər həsrətdir, xəyallar vüsal,
İllərdir görürəm eyni yuxunu,
Beynimdə dolanır yenə bir sual,
Allahım, yoxmu bu, yuxunun sonu?
İlham Aslanov
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür