
Tanınmış yazıçı, publisist Yunus Oğuzun Səfəvilər imperiyasının süqutu, Əfşarlar imperiyasının yaranması və yüksəlişi fonunda Nadir şahın həyat və fəaliyyətini əhatə edən "Nadir şah" romanı "XAN Nəşriyyatı" tərəfindən yenidən oxucuların ixtiyarına verilib.
Tarixi roman janrında qələmə alınmış əsərdə XVIII əsrin mürəkkəb siyasi prosesləri, daxili çəkişmələr, xarici müdaxilələr və bu fonda Nadir şahın dövlətçilik uğrunda apardığı mübarizə geniş təsvir olunur.
Əsər Azərbaycan tarixinə və dövlətçilik ənənələrinə maraq göstərən oxucular üçün dəyərli bir mənbə hesab olunur.
Qeyd edək ki, "Nadir şah" romanı ilk dəfə 2008-ci ildə nəşr olunub və bu günədək azərbaycan, rus, ingilis və türk dillərində çap edilib.
Roman həm ölkə daxilində, həm də beynəlxalq kitab sərgilərində maraqla qarşılanıb.
Kitab əsas kitab mağazaları və onlayn platformalarda satışdadır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür