
Mayın 26-da Kitabevim.az kitab marketində Hədəf Oxucu Klubunun təqdimatında Xalq şairi Sabir Rüstəmxanlının oxucularla görüşü oldu.Bununla yanaşı “Dərdə əyilmə” kitabı da oxuculara təqdim olundu.
Görüşdə KİV nümayəndələri, Sabir Rüstəmxanlının qələm dostları, ictimai-siyasi xadimlərvə gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə Oxucu Klubunun moderatoru Odər Sərdar açıb. O, tədbir iştirakçılarını salamladıqdan sonra kitab haqqında oxucuları geniş məlumat verib. Daha sonra Bakı Atatürk liseyinin müəllimi Bedreddin Güreş, BAO-nun əməkdaşı Araz Şamil, şair, Atatürk mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Türkiyə Azərbaycan Dərnəkləri başqanı, “Səs” qazetinin baş yazarı Bilal Dünadar, Türkiyəli tanınmış rəssam İlhan İşbaşı, şair Sahib Əliyev, şair Saday Şəkərli və digər qonaqlar çıxış etdilər.
Tədbirin gedişində Sabir Rüstəmxanlı oxucular üçün öz şeirlərini söylədi.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür