Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, nazirlik tərəfindən teatrın kollektivinin müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirilir. Teatrın müvəqqəti fəaliyyət göstərməsi üçün ünvan məlum olduqdan sonra teatrsevərlərə bu barədə məlumat veriləcəkdir.
Onu da qeyd edək ki, “Yuğ” teatrı üçün yeni binanın tikintisi məsələsi də gündəmdədir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür