Kitabevim.az kitab marketində “Yazı” ədəbiyyat dərgisinin əlavəsi olan “Yemlik” uşaq toplusunun ilk sayının təqdimatı olub. Tədbiri giriş sözü ilə “Yazı”nın baş redaktoru yazıçı Azad Qaradərəli açıb. O, jurnal haqqında məlumat verikdən sonra söz “YEMLİK”in məsul redaktoru şairə Sevinc Elsevər verilib. Sevinc xanım dərginin yaranma zərurətindən danışıb. Daha sonra uşaqlar - Ülvi, Nilufər, Pakizə, Ayla çıxış ediblər. Uşaqların rəngarəng çıxışları alqışlarla qarşılanıb. Xüsusilə dərgidə yazıları çap olunan balaca Ülvinin dedikləri tədbirə rəng qatıb:”Mən gələcəkdə öz oğluma bu tədbir barədə danışacam və fəxrlə deyəcəm ki, bu jurnalın yaranmasında mənim də əməyim olub.” Uşaqların çıxışından sonra yazıçılar Əkrəm Əylisli, Rasim Qaraca, Şərif Ağayar, Mirmehdi Ağoğlu və başqaları çıxış edərək uşaq ədəbiyyatındakı boşluqdan söz açmış və “YEMLİK”in bu boşluğu doldurmaq üçün atılan mühüm addım olduğunu qeyd ediblər. Sonda Azərbaycan Pedoqoji Universitetinin müəllimi Adil Balıyev və bir sıra orta məktəb müəllimləri dərginin əhəmiyyətindən söz açmış, sinifdənxaric oxu zamanı “Yemlik”dən istifadə edəcəklərini vurğulayıblar. Tədbir məktəblilərin dərgidən oxuduqları ədəbi parçalarla yekunlaşmışdır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür