“YARAT” freestyle çərçivəsində Müasir İncəsənət Məkanında Milli Musiqi Gününə həsr olunmuş konsert keçirilib. “YARAT”dan AZƏRTAC-a bildirilib ki, tədbir milli musiqi və rəqs dünyasının irsini və geniş diapazonunu, gözəlliyini və incəliyini özündə ehtiva edib. Konsertdə milli musiqimizin tarixinin dərinliyini əks etdirən geniş Azərbaycan klassik fonotekası maraqlı retrospektiv formada təqdim olunub. Konsertdən əvvəl musiqişünas, Azərbaycan Milli Konservatoriyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, sənət layihələrinin kuratoru, Azərbaycan Mədəniyyət Nazirliyinin qeyri-maddi mədəni irs üzrə eksperti Cahangir Səlimxanovun çıxışı dinlənilib. Konsertdə “AMAROK” musiqi qrupu, “Samur” Ləzgi Milli Mərkəzinin ansamblı, “İZ” qrupu və digər ifaçıların çıxışları dinlənilib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür