Litvalı rejissor Aleksandras Brokasın rejissoru olduğu “Endless Corridor” (Sonsuz dəhliz) sənədli filmi 2015-ci il Milan Beynəlxalq Film Festivalında “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyasında mükafata layiq görülüb. "Sonsuz dəhliz” filmi “Milan IFF 2015” festivalında aşağıdakı nominasiyalarda iştirak edib: “Ən yaxşı qısametrajlı sənədli film”, “Sənədli filmdə ən yaxşı kinematoqrafiya” və “Ən yaxşı montaj olunmuş sənədli film”. Xatırladaq ki, Xocalı faciəsi haqqında bəhs edən “Sonsuz dəhliz” filmi bu il ərzində müxtəlif beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. Belə ki, film ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show”, Madrid Tenerife Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və A.Brokası “Ən yaxşı sənədli film rejissoru” nominasiyası üzrə qalib elan edib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür