Xocalı faciəsinin 23 illiyi ilə bağlı adı çəkilən hadisəni özündə əks etdirən kitablar, sənədli film və eyni zamanda, Dağlıq Qarabağ və onun ətrafında baş verən tarixi həqiqətlər haqda yazılmış kitablar Almaniya Milli Kitabxanasına təqdim olunub. Bu barədə mətbuata məlumatı təşkilatçı, Maynz şəhər bələdiyyəsi Yabançılar məclisinin üzvü, soydaşımız Sarvan Rizvanov verib. Onun sözlərinə görə, çap materialları və film adı çəkilən kitabxananın qeydiyyat və işlənmə şöbəsindən sonra oxucuların istifadəsinə veriləcək. “Bu, imkan verəcək ki, oxucu auditoriyası yaxın və uzaq tariximizdə xalqımızın üzləşdiyi problemlərlə bağlı həqiqətləri özündə əks etdirən materiallardan xəbərdar olsunlar. Bu layihə ermənilərin dünyada qondarma erməni soyqırımının 100 illiyini qeyd etdiyi bir zamanda, yaxın tariximizdə xalqımızın yaşadığı faciələri beynəlxalq aləmə çatdırılmasında növbəti addımlardan biridir” – deyə Rizvanov bildirib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür