Senet.az saytı Mədəniyyət və Turizm nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 5-dən 12-nə kimi TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı tərəfindən XIX TÜRKSOY Opera günləri keçiriləcəkdir. Ənənə üzrə hər il baş tutan bu tədbir 2016-cı ildə Azərbaycanın görkəmli sənətkarı məşhur müğənni Rəşid Behbudovun 100 illik yubileyinə həsr edilmişdir. Bir qayda olaraq TÜRKSOY Opera günlərində bütün türkdilli ölkələrin tanınmış sənət xadimləri iştirak edirlər. Festival çərçivəsində konsertlər İstanbul və Qirnədə (Şimali Kipr Cümhuriyyəti) keçiriləcəkdir. Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri, Azərbaycan Respublikası Prezidenti mükafatçıları - Xalq Artisti Azər Zeynalov və Əməkdar Artist Afaq Abbasova təmsil edəcəklər. Onlar konsertlərdə klassik dünya bəstəkarlarının əsərləri ilə yanaşı, vaxtilə Rəşid Behbudovun repertuarına daxil olan ariya və duetlər də ifa edəcəklər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür