
II “Kitabqurdu” Payız Oxu Marafonu çərçivəsində Azərbaycan Nəşriyyatları Assosiasiyası Xəzər Universitetində tələbələrlə görüş keçirib.
Senet.az assosiasiyaya istinadən xəbər verir ki, görüşdə marafonun siyahısına düşən "Koramal" kitabının müəllifi, yazıçı Rövşən Abdullaoğlu çıxış edib, tələbələrin suallarını cavablandırıb.
Marafon haqqında ətraflı məlumat əldə edən tələbələr 3 ay ərzində 8 kitab oxuyaraq vaxtlarını səmərəli keçirmək fikrini maraqla qarşılayıblar.
Daha sonra aktyor Əhliman Ərşadlı və teatrşünas Afaq Ağayeva “Koramal” kitabından bir hissə səsləndiriblər.
Sonda sözügedən kitab əsasında çəkilmiş qısa videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, II “Kitabqurdu” Payız Oxu Marafonu çərçivəsində müxtəlif universitetlərdə tələbələr və müəlliflər arasında görüşlər davam edəcək.

Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür