Türk ədəbiyyatının ünlü simalarından olan Sabahəddin Əlinin 1943-cü ildə nəşr olunan və son bir neçə ildir ki, Türkiyədə ən çox satılan romanlardan olan "Xəz paltolu Madonna" əsəri bu yaxınlarda səhnələşdiriləcək. Senet.az-ın CNN Türk xəbər saytına istinadən məlumatına görə, filim Türkiyənin məhşur kino stüduyolarından olan "Ay Yapım" tərəfindən çəkiləcək. Romanlarında insanın görünməyən üzünü ortaya çıxaran S.Əli, "Xəz paltolu Madonna" əsərində Raif əfəndi xarekterinin Berlində tanış olduğu bir qadınla yaşadıqlarını, qələmə aldığı xatirələri əsasında danışılır. Romanın baş qəhrəmanları Raif effendi və Mario Puderdir. Raif əfəndi özünə qapanıq və insanlardan uzaq duran, heç kimlə dərdini paylaşmayan, hər cür haqsızlığa göz yumub səssiz qalan biridir. Lakin bir gün bu cür insan bir hadisə nəticəsində tamamilə dəyşilərək yeni bir insana çevrilir. Yazıçı “Xəz paltolu madonna”ya roman yox, uzun hekayə, yəni novella deməyi daha çox uyğun görürdü.
Səbahəddin Əli Səbahəddin Əli (1907-1948) Türkiyədə olduğu kimi, Azərbaycanda da ilk əvvəl hekayə və roman yazarı kimi tanınır. Səbahəddin Əli Almaniyada təhsil almış, geri döndükdən sonra Konya və Ankarada alman dili müəllimi olaraq çalışmışdır. Səbahəddin Əli yaradıcılığa şeirlə başlamışdır. "Sərvəti-fünun", "Günəş", "Həyat" kimi dərgilərə yazan S. Əlinin ilk hekayəsi "Bir ormanın hekayəsi"dir. Həbsdən çıxdıqdan sonra (1934-1936) "Kamal", "Qaranquş", "Ərəb Xeyri", "Bazarçı", "Öküz arabası" adlı hekayələri ilə daha da məşhurlaşmışdır. 1934-cü ildə xalq şeirləri üslubundakı şeirlərini "Dağlar və Rüzgar" adlı kitabında toplayaraq nəşr etdirmişdir. Səbahəddin Əlinin "Quyucu Yusif" (1937), "İçimizdəki şeytan" (1940), "Xəz mantolu Madonna" (1943) adlı romanları, "Dəyirman", "Öküz arabası", "Səs", "Yeni dünya", "Şüşəli köşk" adlı hekayələr kitabı, "Dağlar və Rüzgar", "Qurbağanın serenadası, başqa şeirlər" adlı şeirlər kitabı və "Əsirlər" adlı bir dram əsəri vardır. Bundan başqa yazar Hofmandan, Puşkindən ("Generalın qızı"), Sofokldan türk dilinə tərcümələr də etmişdir. Çağdaş dövrdə də Səbahəddin Əli sevilərək oxunur və müasirliyini itirməmişdir. Lakin maraqlı budur ki, S.Əlinin müasir dövrdə daha çox şeirlərinə müraciət edilir. Məşhur mügənnilərdən Sezen Aksu, Ahmet Kaya, Nuket Duru və Volkan Konak şairin sözlərinə yazılmış musiqilər oxumuş və xalq tərəfindən bəyənilmişdir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür