Azərbaycanın Xalq Yazıçısı Elçinin “Seçilmiş əsərləri”nin ikicildliyi Daşkənddə “Global Books” nəşriyyatında özbək dilində nəfis tərtibatda çapdan çıxıb. Birinci cilddə “Baladadaşın ilk məhəbbəti”, “Baladadaşın toy hamamı” povestləri və 13 hekayəsi yer alıb. İkinci cildə isə yazıçının “Mahmud və Məryəm” və “Ağ dəvə” romanları daxil edilib.
Bundan əvvəl Elçinin povest və hekayələri “Cahan ədəbiyyatı” jurnalı və digər ədəbi nəşrlərdə dərc olunub.
Hər iki kitabı ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman Kuçkar orijinaldan çevirib. U.Kuçkar uzun illərdir ki, Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilinə tərcümə edir. O, Xalq Yazıçısı Yusif Səmədoğlunun “Qətl günü”, Xalq Yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanlarını, “Mən, sən, o və telefon” hekayəsini, həmçinin “Qırmızı limuzin” hekayələr kitabını özbək dilində çap etdirib.
U.Kuçkarın tərcüməsində Xalq Şairi Sabir Rüstəmxanlının “Göy tanrı”, Yunus Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər” romanları da özbək oxucularına çatdırılıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür