Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Xalça Muzeyində araşdırma aparıb. Nazirlikdən verilən məlumata görə, aparılan araşdırmaların nəticəsi olaraq muzeyin direktoru Röya Tağıyevaya yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə sonuncu dəfə xəbərdarlıq edilməklə şiddətli töhmət verilib. Həmçinin muzeyin digər bir əməkdaşı, baş mühasib Gülnaz Rüstəmova vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına tutduğu vəzifədən azad edilib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür