senetaz

Həsən Əliyev 80 D

10 Yanvar 2022 238

Xalça Muzeyində üç aylıq tədris proqramı

Xalça Muzeyində üç aylıq tədris proqramı

hg  

Azərbaycan Milli Xalça Muzeyinin “Nənəmin sandığından fashion show” layihəsi davam edir.

Muzeydən Senet.az-a bildirilib ki, layihə çərçivəsində təqdim olunacaq dərslər “Naxçıvan gözəli” adlı üç aylıq tədris proqramı ilə davam edəcək. İştirakçılar Naxçıvan milli geyimləri haqqında nəzəri və praktik biliklər əldə edəcəklər. Azərbaycan və rus dillərində aparılacaq dərslər yanvarın 15-dən başlayacaq.