
Noyabrın 3-də Bakıda VII Avropa film festivalı keçiriləcək. AZƏRTAC-a istinadən Senet.az saytı xəbər verir ki, builki film festivalında Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Belçika, Birləşmiş Krallıq, Çexiya, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Macarıstan, Portuqaliya, Rumıniya və Yunanıstanı təmsil edəcək rejissorların ekran əsərləri təqdim olunacaq. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və ittifaqa üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Noyabrın 12-dək davam edəcək festival çərçivəsində tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında bədii filmlərlə yanaşı, həm də animasiya və sənədli ekran əsərləri də təqdim olunacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür