senetaz

Həsən Əliyev 80 D

13 Noyabr 2024 657

Vətən həsrəti - Nurlanə Cəlullaqızıdan yeni hekayə

Vətən həsrəti - Nurlanə Cəlullaqızıdan yeni hekayə

Əkrəm arvadı Yaqut və oğlu Vətənlə birgə Bakının Montin qəsəbəsində yaşayırdı.

Üçuşaqlı ailənin ilk övladı olaraq Xocalının Fərrux kəndində dünyaya gələn Əkrəm 31 il əvvəl baş vermiş Xocalı soyqırımında bir ayağını və bütün ailəsini itirir. O vaxt doqquz yaşı olan əkrəm kimsəsiz qaldığı üçün on səkkiz yaşına qədər uşaq evində böyüyür. , Bakı Dövlət universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra dostunun bacısı olan Yaqutla ailə quran Əkrəm 20 il idi ki, qəzet redaksiyalarının birində Baş Redaktor vəzifəsində çalışırdı. Arvadı Yaqut evdar qadın, Oğulu Vətən isə 11-ci sinif şagirdi idi..
Yaz günü idi. Yeni-yeni yaşıllaşan təbiət, çiçək açan ağaclar, cəh-cəh vura-vura özlərinə payıza qədər yaşayacaqları yuvalar quran quşlar - hər şey yazın gəlişindən xəbər verirdi.
Gözəl bir bazar səhəri idi. İlıq bahar günəşinin parlaq şüaları hər yanı nurlandırıdı . Yaqut mətbəxdə səhər yeməyi hazırlayırdı. Bu vaxt Vətən içəri girdi:
-Sabahın xeyir, anaların ən gözəli.
-Hər vaxtın xeyir, mənim ağıllı balam - deyə Yaqut cavab verdi.
-Bu gün bazardır, bütün gün bir yerdə olacağıq - Vətən sevincək dedi.
-Hə. - Yaqut gülümsədi.
-Yaxşı, gəl gedək, canavar kimi acmışam. - V ov üə6uətən dedi.
Hər ikisi salona keçdilər. Əkrəm divanda oturub telefonuna gələn mesajları oxuyurdu.
Bu vaxt Vətən gizlincə gəlib onun gözlərini tutdu:
-Tap görüm kiməm?
-Vətən balam - Əkrəm cavab verdi. Gülüşdülər hər üçü.
Yemək masasına keçdilər.
-Ata, olar səndən bir şey soruşum? - Vətən üzünü atasına tutdu.
-Olar.
-Niyə mənim adımı "Vətən" qoymusan?
Oğlunun bu sualı qarşısında Əkrəmin gözləri doldu:
-Oğlum, səni hər səsləyəndə illərdir həsrəti qəlbimi yandırıb yaxan vətənim, orada ailəmlə keçirdiyim gözəl günlərim gözümdə canlanır. 31 il əvvəl fevralın 25-dən 26-na keçən gecəki o qanlı qətliyamda mən ailəmlə sevdiklərimlə yanaşı, həm də doğulduğum vətənimi də itirdim.
-Canım atam - deyə Vətən atasını qucaqladı və illərdir, ürək edib verə bilmədiyi sualı atasına ünvanladı:
-Ata, bəs ayağın?
-Oğlum,- Əkrəm gözlərini silib davam etdi,- həmin vaxt kənd camaatı kimi biz də dörd gün idi ki, məcburiyyət qarşısında qalaraq evimizdən çıxıb meşəyə üz tutmuşduq. İstəyirdik Ağdama gedək, amma yolu tapa bilmirdik ki, bilmirdik. Hara gedirdiksə, yenə eyni yerə gəlib çıxırdıq. Bu vaxt bir nəfər bizi çağırdı. Dedi ki, qorxmayın, bu tərəfə gəlin. Orada erməni var. Biz də həmin adama inanıb göstərdiyi yerə getdik. Sən demə, o bizi aldadırmış. hamımızı hər tərəfdən mühasirəyə alaraq qoca, cavan, qadın, uşaq demədən gülləboran elədilər.
Hər kəs özünü güllə yağışından qorumaq üçün çarəsizcə ora-bura qaçışır, nə edəcəyini bilməyən qadınlarım, nə olduğunu alnamayan uşaqların fəryadı qulaq batırır, yerdəki ağappaq qar saniyələr içində al qırmızı qana boyanır, meyitlər ətrafa səpələnirdi. Bunların baş verdiyi o dəhşətli gecədə qana susamış canilər 613 günahsız insanı vəhşicəsinə qətlə yetirdilər. Sağ qalanları da əsir götürdülər. Mənim valideynlərim, nənə-babam və bacılarımda ölənlər arasında idi. Mən isə bir təhər mühasirədən çıxmağı bacaran 12 nəfərlə birlikdə Ağdama gəldim. Oradan da məni Bakıda xəstəxanaya gətirdilər. Həmin vaxt çox soyuq, şaxtalı bir hava var idi. Mən bu havada uzun müddət yol yeridiyim üçün ayaqlarımı don vurmuşdu. Həkimlər nə qədər çalışsalar da bir ayağımı xilas edə bilmədilər. Kəsib yerinə protez taxdılar. Sonra da ailəmdən sağ qalan heç kim olmadığı üçün uşaq evinə verildim.
Vətən bayaqdan atasının danışdıqlarını göz yaşları içində dinləyir, ürəyində heç bir günahı olmayan insanlara divan tutan yağı düşmənə lənətlər yağdırırdı.
Əkrəm bir qədər ara veerib, yenidən danışmağa , davam etdi :
-Həmin vaxtdan üç il əvvələdək kədər içində olan ürəyim indi təsvir edə bilməyəcəyim qədər sevinclidir. Şükürlər olsun ki, haqq-ədalət öz yerini tapdı.
6 ilə əlimizdən alınan torpaqlarımızı 44 gün ərzində yenidən özümüzə qaytaran rəşadətli ordumuz o vaxtkı müharibədə mənim kimi valideynlərini itirən uşaqlarımızın amansızcasına öldürülən əliyalın qocalarımızın, əsir götürülən, başına olmazın müsibəti gətirilən qız-gəlinlərimizin sırf vətəninin müdafiəsinə qalxdığı üçün diri-diri yandırılan cavan oğlanlarımızın qisasını da layiqincə aldı.
Vətən qəfil dilləndi:
-Ata, bəlkə, bu gün Xocalıya gedək?
Əkrəm duruxdu:
-Xocalıya? hə, niyə də olmasın.
Oğlunun bu təklifi Yaqutun da xoşuna gəldi.
Vətən gülümsəyərək dedi:
-Əla. Amma əvvəlcə yemək yeyək.
Süfrədə yağ, pendir, bal və yumurta var idi. hər üçü yeməyə başladılar.
Bir neçə saat idi ki, Əkrəm ilə ailəsi Xocalının Fərrux kəndinə doğru yola çıxmışdılar.
Əkrəmin üzündə həyəcan, gözlərində sevinc varidi.
İndi ona ötən hər dəqiqə bir gün, hər saat bir il kini gəlirdi.
Yazıq kişinin ta uşaq yaşlarından çəkdiyi vətən həsrəti, nəhayət, sona çatacaq, 31 ildir ayrı qaldığı torpağına qovuşacaqdı. Xocalını görməyən, haqqında yalnız ondan eşidən Yaqutla Vətən də, hətta onları ora aparan taksi sürücüsü də Əkrəmlə eyni hissləri yaşayırdılar.
Lakin Əkrəm həmdə kədərli idi. Çünki 31 il əvvəl, valideynnləri, nənə-babası və bacıları ilə çıxdığı Xocalıya indi onlarsız gedirdi.
Budur, nəhayət, onlar kəndə çatdılar. Buradı. Əkrəm taksini kəndin girəcəyindəki bir evin qarşısında dayandırdı. Hər kəs birgə taksidən düşərək maraqla göstərdiyi evə tərəf addımlamağa başladı. Əkrəm ətrafını kol basmış taxta həyət qapısını aralayanda gördüyü ürəkağrıdıcı mənzərə qarşısında hönkürtü ilə ağlamağa başladı. Onun bir vaxtlar yaşadığı ikimərtəbəli bu ev indi xarabaya dönmüşdü. Həm Əkrəmin, həm də evin bu halını görən Yaqut, Vətən və sürücü də özlərindən asılı olmayaraq kövrəldilər.
-Axı bu evi kim niyə bu hala gətirib? - Yaqut acıqlı səslə dilləndi.
-Ah, xanım, kim olacaq, əlbəttə ki, düşmən. - sürücü məyus halda cavab verdi.
-Mən bunu çəkəcəm,- Vətən əsəbi halda dedi,- internetdə paylaşarıq, qoy bütün dünya düşmənin bu vandallığını görsün.
O, telefonunu cibindən çıxardıb dağıdılmış evin şəklini çəkməyə başladı.
-Salam, ana, vətənim, gözəl kəndim, düşmən tərəfindən viran edilən evim, - Əkrəm ağlaya-ağlaya dedi və əlavə etdi, - şükürlər olsun ki, bu günü görmək mənə nəsib oldu. Allah bu sevinci mənə yaşadan şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin!