Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun gürcü dilinə tərcümə olunmuş “Məktub yazsan”, “Mən öləndə”, “Mən bir gün üfüq olmuşdum”, “Yuxumda bir ömür gördüm”, “Əlimi uzatdım sevincə sarı”, “Məzarıma nə başdaşı qoyun, nə heykəl”, “Bir küçə də var şəhərimdə”, “Mənə şeir yazmaq öyrət, öyrət canavar izi...”, “Kağızın üstünə düşüb...” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.
Dövlət Tərcümə Mərkəzindən Senet.az-a bildirilib ki, şeirlərin gürcü dilinə tərcümə müəllifi yazıçı-tərcüməçi İmir Məmmədlidir. Qeyd edək ki, Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən portal mütəmadi olaraq səhifələrində Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür