Noyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti Ramiz Mustafayevin "Vaqif" operasının premyerası keçiriləcəkdir. Operanın yeni quruluşu mərhum bəstəkarın 90 illik yubileyinə həsr olunmuşdur.
Teatrın mətua xidmətindən Senet.az saytına verilən məlumata əsasən pemyera tamaşasında teatrın aparıcı solistlərindən Xalq artisti Əli Əsgərov (Vəzir), Əməkdar artistlər Ramil Qasımov (Vaqif), İlahə Əfəndiyeva (Xuraman), Əkrəm Poladov (Vidadi), Fərid Əliyev (Qacar), Cahangir Qurbanov (Eldar), İlkin Əhmədov (Xanəndə), gənc solistlər Taleh Yahyayev (İbrahim xan), Tural Ağasıyev (Əlibəy), Səbinə Əhmədova (Gülnar) çıxış edəcəklər.
Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür