“Ustad” ədəbiyyat və sənət dərgisi Mətbuat Şurasına üzv qəbul edildi. Bu barədə Senet.az-a açıqlamasında “Ustad” jurnalının baş redaktoru f.ü.f.d., dos, Şəmil Sadiq məlumat verib. O, dərginin Şura üzvləri tərəfindən yekdilliklə quruma qəbul edildiyini deyib: “Ustad” ədəbiyyat və sənət dərgisi artıq üç ilə yaxın müddətdir ki, ədəbiyyatın, mədəniyyətin təbliğində öz töhfəsini verir. Dərgimizdə Azərbaycanın klassik yazıçıları ilə yanaşı, gənc imzalara da xüsusi yer verilir. Bununla yanaşı, jurnalda tərcümə, tənqid, müsahibə kimi bölmələrimiz də var. “Ustad” dərgisinin sonuncu iclasında jurnalın yaradıcı kollektivi Mətbuat Şurası kimi mötəbər bir quruma üzv olmaq mövzusunu müzakirə etmişdi. Kolelktivin yekdil qərarı ilə Şuraya müraciət etmək qərara alınmışdı. Başda Əflatun Amaşov olmaqla, bütün Mətbuat Şurasının komissiya üzvlərinə öz minnətdarlığımı bildirirəm ki, üzvlüklə bağlı müraciətimizə müsbət rəy verdilər”.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür