Hər il olduğu kimi, bu il də ASSİTEJ-Azərbaycan Milli Mərkəzində 20 mart - Dünya Uşaq və Gənclər Teatrı Günü qeyd ediləcək. Teatrın 2011-ci ildən bəri üzv olduğu Beynəlxalq ASSİTEJ-in təsis etdiyi bu gün “Uşağı teatra apar” devizi ilə həyata keçirilir. Uşaq və yeniyetmələrin məkanı olan Gənc Tamaşaçılar Teatrı nümayiş etdirdiyi səhnə əsərləri ilə tamaşaçıların mənəvi cəhətdən zənginləşməsinə, dünyagörüşlərinin formalaşmasına çalışır.
Teatrdan Senet.az-a bildirilib ki, Dünya Uşaq və Gənclər Teatr Günü münasibətilə martın 18-dən 25-dək Gənc Tamaşaçılar Teatrı bir-birindən maraqlı səhnə əsərləri təqdim edəcək. Həmin günlərdə “Tıq-tıq xanım”, “Qoğalın nağılı”, “Uzuncorab Pippi”, “Çirkin ördək balası”, “Aycan”, “Buratinonun macəraları” tamaşaları nümayiş olunacaq.
Məlumat üçün bildirək ki, Dünya Uşaq və Gənclər Teatr Günü 15 il əvvəl Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) tərəfindən təsis edilib. “Uşağı teatra apar” devizi ilə həyata keçirilən bu teatr bayramı dünyanın hər bir yerində azyaşlıların və gənclərin teatra cəlb olunmasına xidmət edir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür