Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü nümayiş etdiriləcək yeni tamaşa “Ünvansız qatar” adlanır.
Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, Əməkdar İncəsənət Xadimi, istedadlı dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur. Səhnə əsərinin quruluşçu rəssamı Sona Qarayeva, rejissorları Gülnar Hacıyeva, Qasım İbrahimov, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sona Mustafayevadır.
Tamaşada rolları Əməkdar artistlər Lətifə Əliyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Kərəm Hadızadə, Elşən Çarhanlı, Türkan Şahmarlı, Xalidə Əliməmmədova və başqaları ifa edəcəklər.
Yeni səhnə əsəri ata-baba yurdundan didərgin düşmüş soydaşlarımızın faciəli və nisgilli həyat həqiqətlərindən bəhs edir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür