“Ulduz” jurnalının iyul nömrəsi işıq üzü görüb. Senet.az xəbər verir ki, jurnalın bu nömrəsi İntiqam Yaşarın “Özüylə söhbəti və şeirləri”ylə açılır. “Nəsr” bölməsində İlhamə Nasir, Günay Səma Şirvan, Nihat Pir, Ruslan Mollayev yeni əsərləri ilə oxucuların görüşünə gəlib. “Qısa fikirlər xəzinəsi” Cəlal Məmmədovun təqdimatında dühaların qısa deyimlərini təqdim edir. “Şeir vaxtı”nda Məlik Atilayın, “Elegiya”da Elşad Baratın əsərləri yer alıb. “Tərcümə saatı”nda ingilis yazıçısı Livelin Voqan Lidin “Aşiq və Məşuq” əsərini Elmar Vüqarlı oxuculara təqdim edir. “Tənqid”də filologiya elmləri doktoru Vaqif Yusifli “Aysellər”dən yazır. “Türk eli” Ziya Qaratəkinin şeirlərini, İmdat Avşarın “Şəkil və Qaşov” hekayəsini təqdim edir. “Ulduz”un bu nömrəsində oxucular Əlizadə Nuri, Nazim Əhmədli, Şahnaz Şahin, Nərgiz Məhərrəmzadə və Aida Adıgözəlinin şeirlərini, Qalib Şəfahətin novellasını oxuya biləcəklər. “Reportaj”da Nadir Rzalı “Bir masa ədəbiyyat”ı təqdim edir. Nurlana İşığın, Mina Rəşidin yazıları da bu nömrədə yer alır. “Tribuna”da Abid Tahirli “Mühacirət mətbuatı, Həsən bəy Zərdabi və “Əkinçi” haqqında” yazır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür