Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkiyə Sənayeçi İş Qadınları və İş Adamları Konfederasiyasının (SANKON) və Başkənd Universitetinin təşkilatçılığı ilə Ankarada türk dünyası qadın bəstəkarlarının əsərlərindən ibarət konsert keçirilib.
Konsert salonun foyesində türk dünyasının qadın rəssamlarının əsərlərindən ibarət rəsm sərgisi açılıb. Sərgidə TÜRKSOY-un təşkilatçılığı ilə müxtəlif illərdə təşkil olunmuş sərgilərdə təqdim edilən 29 əsər nümayiş olunub.
Konsertdən əvvəl TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov və SANKON sədri Nəzakət Əminə Atasoy layihənin əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, türkdilli xalqlar həmişə qadın adını və əməyini uca tutublar. Türk qadınları cəmiyyətin bütün sahələrində olduğu kimi, milli musiqinin inkişafında da aparıcı rol oynayıblar.
Konsertdə Başkənd Universitetinin orkestrinə Ertuğ Korkmaz dirijorluq edib. Konsertin repertuarına Azərbaycandan Xədicə Zeynalova, Türkiyədən Özge Gülbe Usta, Qazaxıstandan Balnur Kıdırbek, Qırğızıstandan Nargiza Kurmanova, Türkmənistandan Jeren Gurbangulujova, Başqırdıstandan Leyla İsmayılova, Tatarıstandan Elmira Qulamovanın əsərləri daxil edilib.
Həmyerlimiz X.Zeynalovanın “Düşüncələr”, “Hekayə”, ”Yağış damcıları”, “Gəzinti” və “Rəqs” əsərləri ifa olunub.
Sonda TÜRKSOY adından ifaçılara diplom və hədiyyələr təqdim edilib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür