senetaz

Həsən Əliyev 80 D

25 Yanvar 2019 239

“Türkologiya” jurnalının 4-cü sayı nəşr olunub

“Türkologiya” jurnalının 4-cü sayı nəşr olunub

1a Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2018-ci il üçün 4-cü sayı çapdan çıxıb. Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun verdiyi məlumata görə, “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində  Azərbaycan, Türkiyə, Rusiya (Tatarıstan və Çuvaşıstan), ABŞ, Macarıstan və Finlandiya alimlərinin məqalələri dərc olunub. Beynəlxalq elmi mərkəzlərlə əlaqələrini genişləndirən jurnalın bu sayında “Dilçilik”, “Mifologiya”, “Mədəniyyət və incəsənət”, “Yazılı abidələr”, “Müzakirə və diskussiya”  rubrikalarında “Qədim türk runik abidələrinin dilində sintaktik predikativ modellərin təhlili təcrübəsi”, “Türk və macarların kulinariya mədəniyyətləri arasında əlaqələr”, “Kitabi-Dədə Qorqud”da işlənmiş bəzi söz və ifadələr haqqında”, “Xalı sözü haqqında” kimi orjinal elmi-nəzəri məqalələr əksini tapıb. “Türkoloji mərkəzlər”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında isə türkologiya sahəsindəki əlamətdar hadisələrə dair maraqlı yazılara yer verilib. Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.