Mayın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən Senet.az-a verilən məlumata görə, tamaşada teatrın solistləri ilə yanaşı, qastrolçular da çıxış edəcəklər.
Əsas partiyalardan biri - Manriko partiyasını Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti, Özbəkistanın xalq artisti Ramiz Usmanov ifa edəcək.
Manhyem (Almaniya) Milli Opera Teatrında çalışan həmyerlimiz, xalq artisti Əvəz Abdullayev isə Qraf di Luna rolunu ifa etmək üçün dəvət olunub.
Leonora rolunda əməkdar artist Afaq Abbasova, Azuçena rolunda isə Nina Makarova çıxış edəcəklər.
Tamaşanın dirijoru əməkdar artist Əyyub Quliyevdir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür