Senet.az Sahil Abbasbəylinin tərcüməsində Çarlz Bukovskinin şeirlərini təqdim edir:
Silahsız gəzir əsgərlər
Məzarlar bomboş
Günahlar axıb gedir yağışla
Yeniyetmələr yüngül addımlarla
Gülümsəyərək enir pilləkənləri.
Kifayət qədər yemək var
Kirayə götürülmüş ev var
Pivə var.
Qadınlarımız yaşlanmayacaq
Mən yaşlanmayacam
Fahişələrin barmaqlarında almaz üzüklər
Bir yəhudiylə görüşür Hitler
Havadan qızardılmış ət qoxusu gəlir
Yanan bir pərdəyəm mən
Qaynayıb buxar olan su
Bir ilanam
Qırıq şüşənin ucu
Qan, qıpqırmızı
Evinə doğru sürünən sevimli ilbizəm.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür