“Təxəyyül” qısa metrajlı filminin çəkiliş prosesi yekunlaşıb. Bu barədə Senet.az-a açıqlamasında filmin rejissoru Cavad Nur məlumat verib. O, filmin Rövşən Danyerinin eyni adlı hekayəsi əsasında çəkildiyini bildirib. Film ümumilikdə yazıçının obrazları ilə üz-üzə dayanmasından bəhs edir. Kitabın qəhramanı ölümdən xilas olmaq üçün yazıçı ilə görüşür və hadisələrin gedişatı bundan sonra daha qarmaqarışıq hal alır. “Təxəyyül” qısametrajlı bədii filmi absurd-komediya janrındadır. Filmdə rolları Kamal Yaşar, Elnur Rzayev, Pərvin Dadaşova, Nuridə Musabəyli bölüşüblər. Qeyd edək ki, film Hədəf Multimedia Mərkəzinin təşkilati dəstəyi ilə çəkilib .
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür