Tərcümə Mərkəzinin mətbuat xidmətinin katibi Fərid Hüseyn tutduğu vəzifədən azad edilib. Mərkəzin aparat rəhbəri Yaşar Əliyev məlumatı təsdiqləyib. O, Senet.az-a açıqlamasında Fərid Hüseynin işdən çıxma səbəbi ilə bağlı yayılan məlumatları cəfəngiyyat adlandırıb: “Fərid Hüseyn ərizə yazaraq işdən çıxıb. Saytlar yazır ki, guya onu yazılarına görə işdən çıxartmışıq. Bütün bunlar cəfəngiyyatdır. Saytlar qalmaqal yaradıb, reytinq qazanmaq istəyirlər. Özü də deyirlər ki, bir neçə nəfər işdən çıxıb. Bu məlumat da doğru deyil. Yalnız Fərid Hüseyn öz ərizəsi ilə gedib. Digər işçilərimiz yerindədirlər. Guya deyirlər ki, Fərid Hüseyni Anar müəllim haqqında yazdığı yazıya görə çıxartmışıq. Bu doğru deyil ”. Yaşar Əliyev Fərid Hüseynin işinin öhdəsindən gələ bilmədiyini deyib: “Fərid Hüseyn işinin öhdəsindən gələ bilmirdi. Dəfələrlə bununla bağlı ona rəhbərlik tərəfindən irad tutulmuşdu. O özü də bu iradlarla razılaşdı, işini tam yerinə yetirə bilmədiyi üçün ərizəsini yazaraq işdən çıxdı”.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür