senetaz

Həsən Əliyev 80 D

03 Noyabr 2021 204

Tərcümə Mərkəzi tərcümə üzrə seçim turları təşkil edir

Tərcümə Mərkəzi tərcümə üzrə seçim turları təşkil edir

tercume merkezi   Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, yazılı, şifahi – ardıcıl tərcümə üzrə peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə Seçim Turlarının növbəti mərhələsinə start verib. Tərcümə Mərkəzindən Senet.az-a bildirilib ki, turlar ingilis və digər dillər üzrə ictimai-siyasi, elmi sahələrdə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır. Turlarda iştirak üçün (Şəxsiyyət vəsiqəsinin surəti, CV) qeyd olunan sənədlərin bu ilin 30 noyabr tarixinədək mərkəzin info@aztc.gov.az ünvanına göndərilməsi, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməsi xahiş olunur. Turlarda iştirak ödənişlidir.