Müşfiq XAN Təkamül həzzi Cəmiyyətin inkişafı üçün iki şeyin – imkan və düşüncənin ahənginə ciddi ehtiyac var. Hətta birincinin çatışmazlığı ikinci – düşüncə sayəsində inkişafa qətiyyən mane olmur. Bizim cəmiyyətdə isə ikincinin çatışmazlığı inkişafın yolunda dayanan nəhəng bir qaya parçası boydadır. Nəinki inkişaf, heç dəyişiklik də yoxdur. Çünki inkişaf hər şeyin mürəkkəbə doğru dəyişməsi ilə yanaşı, həm də sadələşməyə doğru ola bilər. Məsələn, 2016-cı ildə yaşamaqdansa, qırx il geriyə qayıdıb kitaba və mütaliəyə olan marağı yenidən əvvəlki vəziyyətinə qaytarmaq olar.
Amma bunu günorta saat on ikidə prospekt boyu küçə işıqlarının sağlı-sollu hələ də yanılı olan cəmiyyətin yaşadığı ölkədə etmək mümkündürmü? Əslində mümkündür. Əlbəttə, bununçün dəyişməyə doğru ciddi cəhdlərdə bulunmaq lazımdır. İşıqların gündüzün günorta çağı yanılı olması nəticəsində, məsələn, bir rayonun büdcəsinə bir gündə vurduğu zərəri orta məktəblərin birinci siniflərində şagirdlərdən hər gün iyirmi-otuz qəpikdən yığılan kserokopiya xərclərinə yönləndirmək, yaxud balaca bir qəsəbənin ana yollarının işıqlandırılmasına istiqamətləndirmək olar. Məsələnin əmması budur ki, o işıqları söndürməyən insanlar evlərində də, şəxsi həyatlarında da, restoranda da, toyda-yasda da elə düşüncəsiz və israfçıdırlar. Bizim cəmiyyətin dünya sivilizasiyasından əqli, mədəni, elmi, ədəbi – ümumiyyətlə hərtərəfli nə qədər biabırçı səviyyədə geri qaldığının fərqinə varmaqçün ikicə nümunə yetərlidir: radiolarda yayımlanan watsapp proqramına gələn səsli mesajları eşitmək və açıq restoranlardakı gödənləri görmək. Hər iki halda imkan var – istər canlı efirdə cəmiyyətçün faydalı çıxışlar etməyə, istərsə də, orqanizminin tələb etdiyi və əlbəttə ki, ağız dadına uyğun qədərdə yemək götürməsinə. Amma hər iki halda bunları etməkçün əsas olanı – düşüncəsi yetmir. İmkanı olan (maddi, zaman, söz) insanın israfçı və düşüncəsiz olması hansısa inkişafa səbəb ola bilərmi? Yox. Bu qətiyyən mümkün deyil. Və məhz bu kütləvi reqressiyalara, cəmiyyətin deqradasiyasına səbəb olur. Cəmiyyətimizin iliyinə kimi işləmiş bu və bu kimi yüzlərlə düşüncəsiz və israfçı əməllərdən necə xilas olmalı? Bunun üçün 5 müqəddəs mərhələni səbrlə keçməyiniz tələb olunur:
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür