Sentyabrın 11-də təhsil işçilərinin respublika konfransı keçiriləcək.
Təhsil Nazirliyindən Senet.az-a bildiriblər ki, konfransda nazir Ceyhun Bayramov, Milli Məclisin deputatları, rayon (şəhər) təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Konfransda ötən tədris ilinin yekunları müzakirə ediləcək, 2019-2020-ci dərs ilinin prioritet istiqamətləri, qarşıda duran hədəflər yerli təhsili idarəetmə orqanlarının, ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin və təhsil ictimaiyyətinin diqqətinə çatdırılacaq.
Konfrans plenar iclas və panel sessiyalardan ibarət olacaq.
Xatırladaq ki, Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, sentyabrın 2-dən 6-dək respublikanın müxtəlif rayon və şəhərlərində təhsil işçilərinin sentyabr konfransları keçirilib. Sentyabr konfranslarında ötən tədris ilinin yekunları və yeni tədris ilinin prioritet istiqamətləri təhsil işçiləri ilə geniş müzakirə edilib, görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlar verilib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür