Gürcüstanın Tbilisi şəhərinin meri Kaxa Kaladzenin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində İçərişəhəri ziyarət edib. AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov tərəfindən qarşılanan qonaqlar Bakı Xan Sarayı Kompleksinin parkı və Yeraltı hamamla tanış olub, onlara ərazidə aparılan konservasiya və bərpa işləri haqqında məlumat verilib. Gürcüstanlı rəsmilər, eyni zamanda, “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzində də olub, burada onlar ən zərif və dəyərli əl işləri nümunələri ilə tanış olublar. Daha sonra Bakı Fotoqrafiya Evinə gələn qonaqlara binada aparılan yenidənqurma və təmir işləri barədə məlumat verilib. Həmçinin ekskursiya zamanı ziyarətçilərə Qız Qalası, Qala divarları kimi abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş arayış təqdim olunub. Nümayəndə heyəti qədim şəhərdən xoş və zəngin təəssüratla ayrılıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür