senetaz

Həsən Əliyev 80 D

22 Aprel 2021 244

Tbilisi “Dünya kitab paytaxtı” elan olunur

Tbilisi “Dünya kitab paytaxtı” elan olunur

tbilisi Tbilisi aprelin 23-də UNESCO-nun “Dünya kitab paytaxtı” (World Book Capital) elan ediləcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Tbilisi meriyası məlumat yayıb. Bildirilib ki, sabah keçiriləcək mərasimlə bu status Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindən alınaraq Tbilisiyə təqdim ediləcək. Gürcüstan paytaxtı bu statusu bir il müddətinə daşıyacaq. Qeyd edək ki, UNESCO-nun “Dünya kitab paytaxtı” layihəsinə 2001-ci ildə start verilib. Layihə çərçivəsində UNESCO-nun “Dünya kitab paytaxtı” Madrid şəhəri seçilib.