İnstitutdan Senet.az saytına verilən məlumata görə, müsabiqə Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar yaradıcılığını Azərbaycan oxucusuna daha yaxından tanıtmaq məqsədiylə həyata keçirilir. Yarışmaya Tanpınarın yaradıcılığı haqda 7000 işarədən başlayıb,10000-dən artıq olmayan, Times New Roman şrifti ilə yazılmış esselər qəbul olunacaq. E-mail: tanpinarbaku@gmail.com Müsabiqəyə esse göndərən müəlliflərdən həmçinin; * tərcümeyi-hal, * e-mail ünvanı, * əlaqə nömrəsi tələb olunur. Yarışmada iştirak üçün yaş məhdudiyyəti yoxdur. Məraciət üçün son tarix: 15 noyabr 2016-cı il Müsabiqədə yarışan esselər Türkiyənin və Azərbaycanın tanınmış yazıçıları tərəfindən dəyərləndiriləcək.
arışmanın nəticələri 15 dekabr 2016-cı ildə Bakı Dövlət Universitetində keçiriləcək konfransda elan olunacaq. İnstitut esseləri qalib elan olunacaq 5 müəllif üçün mükafat olaraqTürkiyənin 5 şəhərinə 5 günlük səyahət paketi təsis edib. (Səyahət 2017-ci ilin may ayında baş tutacaq)
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür