Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci il dekabr ayının 1-dən elan olunmuş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinə layihələrin qəbulu reqlamentə əsasən yanvar ayının 17-də başa çatır.
Müsabiqəyə göndərilən sənədlərin toplanması və bəzi müəlliflər tərəfindən ssenarilərinin tamamlanması üçün əlavə vaxt verilməsi ilə bağlı edilən müraciətləri nəzərə alaraq müsabiqənin layihələrin qəbulu mərhələsinin yanvar ayının 31-ə qədər uzadılmasına qərar verilib. Məlumat üçün bildiririk ki, müsabiqənin digər mərhələləri reqlamentə uyğun olaraq davam edəcək. Reqlamentlə http://mct.gov.az/az/bfdestek2022 linki vasitəsilə ətraflı şəkildə tanış olmaq mümkündür. Nəticələr isə mart ayının sonunda www.culture.gov.az saytında və “Mədəniyyət” qəzetində elan olunacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür