Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunub. *** Xalq rəssamı Tahir Salahovla vida mərasimi keçirilir. İçərişəhərdə yerləşən “Art Galleri”dəki mərasimdə mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər. Daha sonra Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunacaq. Artıq mədəniyyət naziri Anar Kərimov da dəfn mərasimində iştirak etmək üçün I Fəxri Xiyabana gəlib. Xatırladaq ki, o, mayın 21-də Almaniyada, müalicə olunduğu xəstəxanada vəfat edib. *** T. Salahovun dəfn mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu gün bütün Azərbaycan ictimaiyyəti üçün ağır gündür: “Azərbaycanın görkəmli ictimai mədəniyyət xadimi Tahir Salahovun dəfn mərasimidir. Tahir müəllim tək Azərbaycanın mədəniyyət xadimi deyil, eyni zamanda dünya şöhrətli rəssam olub. Onun ürəyi hər zaman Azərbaycanla döyünüb. Əsərləri dünyanın ən gözəl, mötəbər muzeylərində nümayiş olunur. O, Azərbaycanı layiqincə hər yerdə təmsil edib. Müxtəlif dövlət mükafatları alıb. Əsərləri, şəxsiyyəti, fəaliyyəti heç zaman unudulmayacaq. Fürsətdən istifadə edib Azərbaycanm dövləti, hökuməti adından onun ailə üzvlərinə başsağlığı diləyirəm”. Qafqazinfo.az
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür