senetaz

Həsən Əliyev 80 D

24 May 2021 255

"Şuşa mədəniyyət və turizm məkanına çevriləcək" - Nazir

"Şuşa mədəniyyət və turizm məkanına çevriləcək" - Nazir

anar kerimov2 Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı görüləcək işlərə dair fəaliyyət planı hazırlanır. Senet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib. A.Kərimov bildirib ki, ən birinci məsələ mədəni-tarixi abidələrinin bərpası işləridir: “Bundan başlamalıyıq. Eyni zamanda infrastrukturun bərpası işləri önəmlidir. Təbii ki, daha sonrakı məsələ əhalinin oraya qayıtması və adət-ənənələrimizin davam etdirilməsidir. Ümumiyyətlə fikirləşirik ki, Şuşanı bir mədəniyyət və turizm məkanına çevirək”.