
ANAİB-in təşkilatçılığı, “Amal” xeyriyyə cəmiyyətinin sponsorluğu ilə VII Kitabqurdu Sumqayıt Məktəblilərinin Oxu Marafonuna start verilib.
Anaib.az xəbər verir ki, marafonun təqdimat mərasimi IV Sumqayıt Kitab Sərgisi çərçivəsində Sumqayıt Dövlət Universitetində baş tutub.
ANAİB-in koordinatoru Səma Məstəliyeva marafonun şərtləri haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Marafonun layihə rəhbəri, “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy ideyanın yaranmasından, bu kimi addımların ölkə kitabçılığına xeyrindən danışıb.
“Amal” xeyriyyə cəmiyyətinin rəhbəri Rüfət Mirzəyev isə cəmiyyətin həyata keçirdikləri layihələrdən, Kitabqurdu Marafonu ilə necə tanış olmasından söz açıb.
Marafonda iştirak edən kitabların müəllifləri – Aynur Cavid, Mürşüd İsmayılov, Elgüsel, Əziz Sultan marafon barədə təəssüratlarını bölüşüb və iştirakçı məktəblilərə uğurlar arzulayıblar.
Sonda balaca oxucular kitablarını imzalatdırıb, yazıçılara suallarını ünvanlayıblar.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür