senetaz

Həsən Əliyev 80 D

26 May 2025 6738

Sultan Rayevin "Dəlixana" romanı müzakirə olundu - Fotolar

Sultan Rayevin "Dəlixana" romanı müzakirə olundu - Fotolar

Qırğız Xalq yazıçısı Sultan Rayevin "Dəlixana" romanının "Azərbaycan oxucuları" kitab klubu üzvləri arasında müzakirəsi keçirilib. Oxucular kitabla bağlı öz təəssüratlarını, ümumi düşüncələrini bölüşüblər.

Senet.az xəbər verir ki, üzvləri əsasən gənclərdən ibarət olan bu klubun müzakirəsində kitabın naşiri, "XAN Nəşriyyatı"nın rəhbəri Səbuhi Şahmursoy da iştirak edib, kitabla bağlı öz fikirlərini bölüşüb, kitabın ərsəyə gəlmə prosesindən danışıb, daha sonra oxucuların maraqlı suallarını cavablandırıb.

Naşir müzakirə barədə təəssüratlarını bölüşüb:

"Bu əsəri tam mənada anlamaq üçün dünya mifologiyası və bəhs olunan tarixi şəxsiyyətlər barədə məlumatlı olmaq lazımdır. Yoxsa əsərin çatdırmaq istədiyi mesaj böyük informasiya sahəsi içində itib-batır, metatekstual cəhəti görünməz olur. Çingiz Aytmatovdan sonra Qırğız ədəbiyyatına marağımı oyadan əsərdir.

Sevindim ki, bu kitab gənclərin də diqqətini cəlb edib. Rahat, səmimi mühitdə müzakirə etdik. Var olun, gənclər!"

Qeyd edək ki, bu kitab əvvəllər də ölkənin ən böyük kitab klubu olan "Kitabsevərlər" qrupunun üzvləri tərəfindən də müzakirə olunub.