“YAZI” jurnalının baş redaktoru, yazıçı Azad Qaradərəli də Senet.az-ın “SİQARETƏ YOX!” aksiyası üçün çağırışına qoşuldu:
Mən siqareti otuz ilə yaxın bir müddətdə çəkmişəm. Gənclik illərində təsiri o qədər hiss olunmasa da, yaşlandıqca onun fəsadları orqanizmimdə açıqca duyulurdu. Ürəyim sancır, başım ağrıyır, gözlərim zəifləyirdi. Bu barədə böyük ziyalı, görkəmli ürək cərrahı dostum dokror Cavad Heyətə deyəndə heç bir dərman-filan yazmadan siqareti tərgitməyi məsləhət gördü. Onun məsləhətilə siqareti atdım. (Əslində, bir-iki dəfə cəhd etmişdim. Amma elə bilirdim ki, bu mənim yazı-pozuma təsir edə bilər. Ona görə yenidən çəkməli olmuşdum.)
Bir müddət psixoloji basqı olsa da, sonradan hər şey yoluna düşdü. Hətta daha yaxşı düşünür, daha yaxşı yazırdım. Məhsuldarlığım da artmışdı.
Artıq 10 ildən yuxarıdır ki, siqaretdən xilas olmuşam. Təkcə siqaretdənmi? Xeyr. Baş ağrısından, ürək sancmalarından, göz zəifliyindən də xilas olmuşam.
Siqaret çəkənlərə, xüsusən gənclərədir sözüm: siqaretə yox deyin! Bəşəriyyətin ən axmaq kəşfindən xilas olun.
Müşfiq XAN-ın “SİQARETƏ YOX!” aksiyası üçün çağırışı
Elxan Nəcəfovun “SİQARETƏ YOX!” aksiyası üçün çağırışı
Emin Pirinin “SİQARETƏ YOX!” aksiyası üçün çağırışı
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür