senetaz

Həsən Əliyev 80 D

01 Fevral 2026 2292

Səni sevmədən öncə anlamaq istəyirəm...

Səni sevmədən öncə anlamaq istəyirəm...

Senet.az şair Özdəmir Asəfin şeirlərini təqdim edir. 

 

Səni tapmadan öncə axtarmaq istəyirəm,

Səni sevmədən öncə anlamaq istəyirəm.

Səni bir ömür bitirmək yox,

Hər dəfə yenidən sənə başlamaq istəyirəm.

 

Sənə "getmə" deməyəcəm,

Üşüsən, pencəyimi götür.

Günün ən yaxşı vaxtıdı,

Yanımda qal...

 

Sənə "getmə" deməyəcəm,

Yenə də özün bilərsən.

Yalanlar istəsən, yalanlar uydurum,

İnciyərsən...

 

Sənə "getmə" deməyəcəm,

Amma getmə, Lavinia.

Adını gizlədəcəm,

Sən də bilmə, Lavinia.