İstiqlal Tədris və Yaradıcılıq Mərkəzinin İstanbul Aydın Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Onlayn Media: Yeniliklər, perspektivlər və problemlər” adlı-seminar treninqinin ikinci günü uğurla başa çatıb. Tədbir Bakı Dövlət Universitetinin Jurnalistika Elmi–Tədqiqat laboratoriyasının müdiri, dosent Vüqar Zifəroğlunun “Müasir dövrdə onlayn mediada informasiya manipulyasiyası halları və buna qarşı mübarizə yolları” adlı seminarı ilə açılıb. Daha sonra tədbir iştirakçıları mövzu barəsində öz suallarını təlimçiyə ünvanladılar. Seminardan sonra Orxan Cabbarlı, Adem Ayten, İsmayıl Həsənov, Rəbiqə Naizmqızı, Kamal Yaşar və Vüqar Quliyev kimi tanınmış jurnalistlərin iştirakı ilə ““Onlayn Media: Yeniliklər, perspektivlər və problemlər” mövzusunda müzakirələr keçirildi. Gənclərin də qoşulduğu müzakirələr zamanı onlayn medianın üstünlükləri və özü ilə gətirdiyi problemlər, xəbər kirliliyinin qarşısının alınması mövzuları ətrafında polemikalar aparıldı. Sonda iştirakılara sertifikatlar verildi və xatirə fotosu çəkildi.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür