
Azərbaycanın fəxri qonaq ölkə olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində Şəmil Sadiqin “OdƏrlər” tarixi-fəlsəfi romanının türkcə nəşrinin təqdimat mərasimi keçirilib.
Moderatorluğunu “Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhmədin etdiyi təqdimatda Türkiyənin tanınmış çizgi roman və uşaq kitabları yazarı Suat Turqut, Türk dünyasının böyük sənətkarı Bünyamin Aksungur iştirak ediblər.
Çıxışçılar kitabın Azərbaycan ədəbiyyatı, tarixi üçün dəyərli nümunə olduğunu vurğulayıb, müəllifin ustalıqla qələmə aldığı hadisələrin real zəmində oxucuya yaşatdığı dərin hisslərdən söz açıblar.
Azərbaycan-Kipr Dostluq Cəmiyyəti sədri Orxan Həsənoğlu, İstanbul Türkiyə-Azərbaycan Hərəyli və İncəsənət Dərnəyi sədri Səfər Qaraqoyunlu kitabın fəlsəfi məzmunu və günümüzlə səsləşən tarixi gerçəkliklərindən bəhs edərək müəllifə təşəkkürünü bildirib.
Türkiyədə Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan təhsil kompleksinin müəllim-şagird heyəti, həmçinin Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədova və şagirdləri təqdimat mərasimində iştirak ediblər. Kitab haqqında dəyərli fikirlər səsləndirib, müəllifə fəaliyyətində uğurlar arzulayıblar.
Təqdimatda Şəmil Sadiqin qələm dostları, ictimaiyyət nümayəndələri, oxucuları iştirak ediblər. Oxucular tariximiz üçün olduqca əhəmiyyətli hesab etdikləri bu kitabın yüksək peşəkarlıqla ilə qələmə alındığını bildirib, onu artıq bir neçə dildə nəşrə hazırladığı üçün müəllifə təşəkkür ediblər.
Müəllifin “OdƏrlər” romanının türkcə nəşri imzalı şəkildə tədbir iştirakçılarına təqdim edilib.
Müzakirələr Azərbaycan stendində davam edib.
İştirakçılar “XAN Nəşriyyatı” və “Hədəf Nəşrləri” stendinə baş çəkib Şəmil Sadiq yaradıcılığına aid digər kitablarla tanış olublar. Müəllif Türkiyədə yerləşən Azərbaycan məktəblərinin heyəti üçün əlavə dərs vəsaitləri və bədii nümunələrini hədiyyə edib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür