senetaz

Həsən Əliyev 80 D

21 Oktyabr 2015 223

Şəmil Sadiq Türkiyədə məruzə ilə çıxış edib

Şəmil Sadiq Türkiyədə məruzə ilə çıxış edib

unnamed (10)F.ü.f.d.dos. Şəmil Sadiq İzmir Ege Universitetində “Postmodern Azərbaycan romanı” mövzusunda məruzə ilə çıxış edib.

O, məruzəsində son 25 ildə Azərbaycan romanının durumu haqqında danışaraq, postmodernizmin inkişaf meyllərindən bəhs edib. İki saatdan çox davam edən görüş tələbələrin xüsusi marağına səbəb olub.

Tədbir sual-cavab formatında davam edib. Şəmil Sadiq tələbələrin Azərbaycan ədəbiyyatı ilə bağlı müxtəlif suallarını cavablandırıb. Sonda Ədəbiyyat bölüm başqanı professor doktor Fazıl Gökçek və Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı kursunun müəllimi doktor Yılmaz Özqaya çıxış edərək tədqiqatçıya təşəkkürlərini bildirmiş, ona sertifikat təqdim ediblər.

Şəmil Sadiq də tələbələrin xahişi ilə universitetin kitabxanasına öz kitablarını hədiyyə edib. Tədbir “OdƏr”lər romanının imza mərasimi ilə sona çatıb.     [gallery columns="6" ids="10026,10027,10028,10029,10030,10031,10032,10033,10034,10035,10036,10037,10038,10039"]