
Mayın 28-də Tiflisin Didube Sərgi Mərkəzində fəaliyyətə başlayan Beynəlxalq Kitab Festivalı çərçivəsində tanınmış yazıçı Məqsəd Nurun “Şəhər meri” romanının təqdimatı, müəlliflə görüş və imza mərasimi keçirilib.
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə “İntellekt” (Gürcüstan) nəşriyyatında gürcü dilində nəşr olunan kitabda tanınmış gürcü ədibləri- Givi Alxazişvili, Şota İataşvili və Georgi Kekelizdzenin rəyləri yer alıb. Romanın tərcüməçisi tanınmış yazıçı və tərcüməçi İmir Məmmədlidir.
Təqdimat mərasimində Azərbaycan və gürcü ədəbiyyatçıları- Quram Odişariya, İmir Məmmədli, Georgiy Kekelidze, Givi Alxazişvili, Kaxa Kudava, Oqtay Kazımov və başqaları çıxışlar edib, Məqsəd Nurun yaradıcılığı haqqında danışıblar. Sonra isə yazıçı Məqsəd Nur oxucuların suallarını cavablandırıb, kitabları imzalayıb. Tədbirdə həmçinin Gürcüstanın və Azərbaycanın KİV nümayəndələri də iştirak ediblər.
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bu hadisəni belə şərh edib: “Məqsəd Nurun “Şəhər meri “ romanı müstəqillik illərində milli ədəbiyyatımızda özünəməxsus yeri olan və bu illər ərzində yazılmış ən uğurlu romanlardan biridir. Bu gün əsərin Gürcüstanda nəşr olunması fikrimcə olduqca əhəmiyyətli hadisədir. Əminəm ki, əsər gürcü ədəbi mühitində də yaxşı qarşılanacaq, uğur qazanacaq…”
[gallery columns="6" ids="5230,5229,5228,5227,5226,5224"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür