senetaz

Həsən Əliyev 80 D

30 Yanvar 2015 272

Şairin məzarına bir cüt ayaqqabı qoyuldu

Şairin məzarına  bir cüt ayaqqabı qoyuldu

Şairin məzarına bir cüt ayaqqabı qoyuldu | SENET.AZ

Xalq şairi Vaqif Səmədoğlunun dəfn mərasimində maraqlı hadisə yaşanıb.  Dünyasını dəyişən şairin oxucularından biri, gənc yazar Lamiyə Mərdan  V. Səmədoğlunun məzarı üstünə bir cüt ayaqqabı qoyub. Ayaqqabının yanındakı kağızda isə əlyazma ilə Vaqif Səmədoğlunun bu misraları yazılıb: “Məzarıma nə başdaşı qoyun, nə heykəl. Bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin...” Lamiyə Mərdanın bu addımı vida mərasimində iştirak edənləri təsirləndirib, şairin həyat yoldaşı Nüşabə Vəkilova da bu jestdən mütəəssir olub. Qeyd edək ki, Vaqif  Səmədoğlu yanvarın 28-də  səhər saatlarında dünyasını dəyişib.  Yanvarın 29-da isə şair I Fəxri Xiyabanda dəfn olunub.