14 fevral tarixində Kitabevim.az kitab marketində şahmat məhsullarının hazırlanması və satışı üzrə “Covekta LTD” şirkətinin rəhbəri Veronika Kasatkina ilə şirkətin Türkiyə təmsilçisi Dimes Hak Alerli tərəfindən hazırlanmış “Şahmatı öyrənirəm” kitabının təqdimatı və imza mərasimi keçirilib. Təqdimatda 4-7 yaş arası uşaqlar, onların valideyləri, gənc yazıçılar və KİV nümayəndələri iştirak ediblər. Təqdimatı giriş sözü ilə açan Hədəf Nəşrlərinin təsisçisi Şəmil Sadiq kitabın önəmindən danışıb, kitabın Azərbaycanda şahmatı tədris edən ilk vəsait olduğunu vurğulayıb. Dimes Hak Alerli bildirib ki, “Şahmatı öyrənirəm” adlı kitab və CD 4-7 yaş arasında olan uşaqlar üzün nəzərdə tutulub. Rusiyanın “Covetka LTD” şirkəti artıq uzun illərdir ki, şahmat məhsullarının istehsalı və satışı ilə məşğul olur. 2013-cü ildən mən bu şirkətin təmsilçisiyəm. Kitabın CD variantında hər biri 15-20 dəqiqəlik olmaqla 36 dərs proqramı var. Bu kitabın özəlliyi şahmatın təməl bilgilərini əyləncəli şəkildə uşaqlara öyrətməsidir”. Təqdimatın sonunda “Şahmatı öyrənirəm” kitabının imza mərasimi keçirilib. Qeyd edək ki, “Şahmatı öyrənirəm” Hədəf Nəşrlərinin “İNCİ” uşaq ədəbiyyatı silsiləsinə daxildir. Səma Fuadqızı [gallery ids="2122,2123,2124,2125,2126,2127,2128,2129"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür