15 sentyabr 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyi Şah İsmayıl Komissiyasının sədri, fil.ü.f.d. dos. Şəmil Sadiq və görkəmli türkiyəli tarixçi alim, professor Tufan Gündüz arasında görüş keçirilmişdir. Görüşdən məmnunluğunu bildirən türkiyəli alim, AYB Şah İsmayıl Komissiyasının fəaliyyətini yaxından izlədiyini qeyd etmişdir. Həmçinin Şəmil Sadiq türkiyəli tarixçi alimin Şah İsmayılla bağlı araşdırmalarını izlədiyini və Komissiya sədri olaraq bundan məmnun olduğunu ifadə etmişdir.
Bundan başqa, görüşdə T.Gündüzün Şah İsmayılla bağlı araşdırma kitablarının Azərbaycan dilinə tərcümə edilməsi, "Səfəvi və osmanlı saraylarında ortaq mədəni dəyərlər" adlı simpoziumların keçirilməsi və s. kimi bir çox ciddi məsələlərlə bağlı müzakirələr aparılmışdır.
Həmçinin, görüşdə Şah İsmayıl Komissiyasının elan etdiyi "Qızılbaş hekayə müsabiqəsi"nin münsiflər heyətinə dəvət alan professor T.Gündüz bundan sadəcə qürur duyacağını və Komissiyanın bütün işlərində yaxından iştirak edəcəyini qeyd etmişdi.
Görüşün sonunda türkiyəli qonağa "Hədəf" nəşrləri tərəfindən çap olunan kitablar hədiyyə edilmişdir.
[gallery ids="24289,24290,24291,24288"]Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür