Bakıda “Ruhumu dindir, məni sevindir” şüari ilə “Baku Pianos” layihəsi həyata keçirilir. “Park Bulvar” və “28 Mall” ticarət və əyləncə mərkəzlərində baş tutan layihədə köhnə pianolar gənc rəssamlar tərəfindən müxtəlif kompozisiyalarla rənglənir və Bakının müxtəlif ictimai yerlərinə, ticarət mərkəzlərinə yerləşdirilir.
Pianoda çalmağı bacaran hər kəs üzərində “Ruhumu dindir, məni sevindir” şüarı yazılan bu musiqi alətlərindən birinin arxasında oturaraq ifa edə, ətrafdakı insanlar isə dinləyərək zövq ala bilərlər. Şüar kimi seçilən ifadə isə Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirindən götürülüb.
Təşkilatçıların fikrincə, “Baku Pianos” layihəsi Birinci Avropa Oyunları ərəfəsində paytaxtımıza gələn turistlərin marağına və ümumiyyətlə, insanlar arasında ünsiyyətin artmasina səbəb ola bilər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür